Ukraynada əsir saxlanılan 90 rus hərbçi Rusiyaya təhvil verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Azad edilən hərbi qulluqçular Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının təyyarələri ilə Moskvaya çatdırılacaq”, - deyə məlumatda bildirilib.
Məlumata görə, hərbçilər martın 7-də danışıqlar prosesi nəticəsində geri qaytarılıb.
Xatırladaq ki, fevralın ortalarında Rusiya Müdafiə Nazirliyi 101 rusiyalı hərbçinin Ukrayna əsirliyindən geri qayıtdığını elan etmişdi.