ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays vəzifəsindən azad edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
Qeyd olunub ki, N.Prays bu ay təqaüdə çıxacaq. Onu müvəqqəti olaraq hazırkı müavini Vedant Patel əvəz edəcək.
E.Blinken deyib ki, Prays ABŞ-ın xarici siyasətinin siması və səsi olub: “O, həddindən artıq peşəkar və dürüst işləyib. Dövlət Departamenti adından Praysa təşəkkür edirəm”.
Ned Praysın daha yüksək vəzifəyə təyin olunacağı gözlənilir. O, 2021-ci ildən bu vəzifəni icra edirdi.