“Metafora ilə desək, “avtomobil”i – Ermənistan ordusunu nəinki “sürücülük vəsiqəsi” olan, həm də maşını sürməyi bacarmayan adamlar idarə edir. Belə olan halda “avtomobil” qaçılmaz olaraq dərəyə yuvarlanacaq və əslində yuvarlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarqsyan yerli mətbuata açıqlamasında deyib.
“Hakimiyyət 2023-cü ildə dolların 1994, 2004 və ya 2014-cü illərdəki kimi olmadığını unudaraq, böyük müdafiə xərcləri ilə (builki xərclər 1,2 milyard ABŞ dolları nəzərdə tutulub – red.) lovğalanır. Ümumiyyətlə, 2018-ci ildən sonra Ermənistan heç bir hərbi-texniki dəstək almayıb”, - sabiq dövlət başçısı bildirib.
Sabiq prezident hazırkı hakimiyyəti tənqid edib. Sarqsyan Paşinyanın komandasını yalan danışmaqda günahlandırıb.