G7 sammiti zamanı Xirosima üzərində uçuşa qadağa zonası tətbiq olunacaq

A- A A+

Mayın 18-dən 22-dək keçiriləcək G7 sammiti zamanı Xirosima üzərində uçuşa qadağa zonası tətbiq olunacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Yaponiyanın İctimai Torpaqlar, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, uçuşa qadağa zonası G7 liderlərinin görüş yeri olacaq “Grand Prince Hotel”dən təxminən 46 kilometr radiusda məsafəni əhatə edəcək.

Bundan əvvəl ölkənin maliyyə nazirinin terrorizmin maliyyələşdirilməsi və maliyyə cinayətləri ilə mübarizə üzrə köməkçisi Elizabet Rozenberq bildirib ki, G7-yə üzv ölkələr mart ayında Rusiya neftinin qiymət tavanına yenidən baxacaqlar.

Yaponiyanın Baş naziri Fumio Kişida ölkə parlamentində debat zamanı bildirmişdi ki, Xirosimada keçiriləcək G7 sammitinin iştirakçıları Rusiyanın nüvə silahından istifadə etmə ehtimalına və təhdidlərinə qarşı çıxmalıdırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: