Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanova 12 il müddətinə həbs cəzası verilib.
NUHÇIXAN İnformasiya Agentliyi Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, o, 2022-ci ildə baş vermiş iğtişaşlarda fəaliyyətsizliyinə görə ittiham olunur.
Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlamışdı. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxmışdılar.