Rusiya kütləvi raket hücumuna başlayıb, Lvovda 4 nəfər ölüb

A- A A+

Rusiya Silahlı Qüvvələrinin Lvov vilayətinə raket hücumu nəticəsində 4 nəfər həlak olub. 

NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasından xəbər verilib. 

Qeyd olunub ki, hadisə vilayətin Zoloçevski rayonunda baş verib. Məlumata görə, ölənlərdən 2-si kişi, 2-si isə qadındır. 3 yaşayış binası, 3 avtomobil və qaraj yanıb. Yanğınlar söndürülüb. 

Dağıntılar altından axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Ölənlərin sayının artacağı istisna deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: