Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Gürcüstandakı etirazlarda Rusiyanın əli olmasını istisna edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, D.Peskov jurnalistlərin suallarına cavabında Rusiyanın Gürcüstanda parlamentin müzakirəsinə çıxarılan xarici agentlərlə bağlı qanun layihəsi ilə heç bir əlaqəsi olmadığını bildirib. O deyib ki, Tbilisidəki qarşıdurma Kremldə narahatlıq doğurur.
“Hər halda qonşu ölkədir. Gürcüstanla münasibətlərimiz olmasa da, oradakı vəziyyət bizi narahat etməyə bilməz. Əlbəttə, sərhədlərimiz boyunca sakitlik olması vacibdir”, - deyə o bildirib.
Kremlin nümayəndəsi Rusiya vətəndaşlarını Tbilisidə toqquşmalar baş verən ərazilərdən uzaq durmağa və ehtiyatlı olmağa çağırıb.