İsrailin Baş naziri Benjamin Netanyahu bu ölkədə səfərdə olan ABŞ müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostinlə İrana qarşı birgə mübarizəni müzakirə edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə hökumət başçısı tviterdə yazıb.
“Bu gün mən ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşdüm. Bizim ümumi məqsədimiz İranın nüvə silahı əldə etməsinə mane olmaq, İranın təcavüzünün qarşısını almaq, regionda təhlükəsizliyi və rifahı qorumaqdır”, - o paylaşımında bildirib.