NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, martın 6-da Güney Azərbaycanın Mərənd şəhərindəki “Həzrəti Ruqəyyə” orta məktəbinə SEPAH terrorçuları tərəfindən kimyəvi hücum edilib.
Bu ağır kimyəvi hücumdan sonra bir çox şagird xəstəxanaya aparılıb. İki gün keçməsinə baxmayaraq, onlar hələ də xəstəxanadan buraxılmayıblar və vəziyyətlərinin kritik olduğu bildirilir.
Təəssüf ki, sözügedən məktəbin xəstəxanaya yerləşdirilən onlarla şagirdindən ikisi martın 7-də dünyasını dəyişib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, Fatimə Mehdizadə və Şəbnəm Cəmşidi adlı iki qız İran terrorunun qurbanı olub.
Bu iki qızcığazın ölümündən sonra onların ailələrinə xüsusi şəkildə hədə-qorxu gəliblər ki, məsələ heç bir şəkildə ictimailəşdirilməsin.