Ermənistanda qızılcaya yoluxanların sayı 43 nəfərə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəstəliklə bağlı yeni məlumatlar dərc edib.
Nazirlikdən bildirilib ki, yoluxanlardan 17 nəfər xəstəxanaya yerləşdirilib, 2 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır.
Virusa yoluxanlardan 40 nəfərə peyvənd vurulmayıb, üç nəfər isə qismən peyvənd edilib.