Türkiyənin Kayseri şəhərinin Hacılar rayonunda 4,8 maqnitudalı zəlzələ olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 06:28-də qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.