"Apple" yeni "iPad Pro" planşetlərini təqdim edib

A- A A+

"Apple" şirkəti "iPad Pro" planşetlərinin ən son modellərini təqdim edib.

NUHÇIXAN-ın məlumatına görə, gələn həftə satışa çıxarılacaq yeni modellərin qiyməti 799 ABŞ dollarından başlayır.

Gözlənildiyi kimi, yeni "iPad Pro" planşetləri iki ekran ölçüsündə çıxacaq - 11 və 12,9 düym diaqonallı. Şirkət yeni modellərdə "evə" düyməsini yığışdırmaqdan əlavə cihazın qalınlığını 5,9 millimetrə qədər azaldıb (ötən modeldən 15 faiz daha nazik).

Şirkət həmçinin bildirib ki, yeni "iPad" əvvəlki modellərlə müqayisədə daha güclü və funksional olub və "Face ID" fuinksiyası gəlib.

"Apple"dan bildiriblər ki, yeni planşet ilk dəfə "A12X Bionic chip" güclü mobil çipi ilə təchiz edilib.

"iPad Pro" planşetinin 11 düym diaqonalı və 64 gb yaddaşı olan modelinin qiyməti 799 ABŞ dolları, 12,9 düym diaqonalı və 64 gb yaddaşı olan modeli isə 999 ABŞ dolları təşkil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: