Ağ Ev 2024-cü maliyyə ili üçün ölkə büdcəsini açıqlayıb

A- A A+

ABŞ Prezident Administrasiyası cümə axşamı 2024-cü maliyyə ili üçün 6,883 trilyon dollar məbləğində xərcləri nəzərdə tutan federal büdcə layihəsini təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyi “interfax.ru”ya istinadla xəbər verir ki, ölkə xəzinəsinin gəliri Ağ Evin saytında dərc olunan sənədə görə cəmi 5,036 trilyon dollar təşkil edir.

Filadelfiyada çıxış edən ABŞ Prezidenti Co Bayden deyib: “Büdcə on il ərzində təqribən 5 trilyon dollar yeni vergi nəzərdə tutur ki, mən bunu yüksək maaşlı işçilərdən və korporasiyalardan tutacağam. Bizim planda büdcə kəsirini 3 trilyon dollara yaxın azaltmaq hədəfdədir. Təklifim təkcə Amerikanın ailələrinin yükünü götürməyəcək, həm də iqtisadi artıma səbəb olacaq”.

Eyni zamanda ölkədə infrastrukturun və perspektivli sahələrin, o cümlədən təmiz enerjinin əldə edilməsinin maliyyələşdirilməsinə 3,5 trilyon dollardan çox vəsait ayrılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: