Rusiya XİN: “ABŞ-la dialoqa hazırıq”

A- A A+

“ABŞ-la dialoqa hazırıq”.

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, rəsmi Moskva zərurət yarandıqda Vaşinqtonla Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər Müqaviləsi (START) üzrə təmasları davam etdirəcək: “Lakin indiyədək bu sahədə ciddi nəticələr müşahidə edilməyib. Buna baxmayaraq, Moskva dialoqdan imtina etmir”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Moskvanın START-da iştirakını dayandırdığını bildirmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: