Böyük Britaniyada güclü qar yollarda uzun tıxaclara səbəb olub

A- A A+

Böyük Britaniyada güclü qar və soyuq hava uzun tıxaclara və yolların bağlanmasına səbəb olub. Martın 10-da “Larisa” qasırğası səbəbindən vəziyyətin daha da ağırlaşacağı gözlənilir.

NUHÇIXAN İnformasiya Agentliyi Sky News telekanalına istinadla xəbər verir ki, Liverpul və Kingston upon Hull şəhərlərini birləşdirən avtomobil yolunda tıxac 13 kilometrə qədər uzanıb. Bəzi sürücülər artıq altı saatdır ki, tıxacda qalıb.

Kəskin hava şəraiti Uelsdə bir neçə avtomobil yolunun bağlanmasına səbəb olub. Şotlandiyanın dağlıq ərazilərində isə havanın hərarəti mənfi 16 dərəcəyə enib.

Güclü qar səbəbindən “East Midlands” hava limanının uçuş-eniş zolağı bağlanıb. Digər aeroportlar işləməyə davam etsə də, onlardan bəzilərində reyslər ləğv olunub və ya təxirə salınıb.

Böyük Britaniyanın meteorologiya xidməti güclü külək, çovğun və yağışla müşayiət olunan “Larisa” qasırğasının martın 10-da ölkəyə çatacağını bildirib. Bu səbəbdən bəzi məktəblər cümə günü dərsləri ləğv edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: