Türkiyənin Ali Seçki Şurası ölkədə prezident seçkilərinin mayın 14-nə təyin edilməsi ilə bağlı Prezidentin qərarını təsdiqləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə xəbər hökumət qəzeti “Resmi Gazete”də dərc olunub.
Prezident seçkilərinin ikinci turu keçiriləcəyi təqdirdə, bu, mayın 28-də baş tutacaq.