Amerikanın “Meta” şirkəti yeni sosial şəbəkənin yaradılması üzərində işləyir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.
“Biz insanlara real vaxt rejimində yazılı mesajlar mübadiləsi etməyə imkan verəcək mərkəzləşdirilməmiş müstəqil sosial şəbəkənin yaradılmasını nəzərdən keçiririk", - deyə şirkətin agentliyə təqdim etdiyi bəyanatda bildirilir.
“Platformer” nəşrinin məlumatına görə, sosial şəbəkə ilkin mərhələdədir və onun istifadəyə verilmə tarixi barədə məlumat yoxdur.