Afrikanın cənub və şərqindəki 11 ölkədə artan ölümlə müşayiət olunan vəba hadisələri çoxalıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Şərqi və Cənubi Afrikadakı Regional Ofisinin rəhbərinin müavini Like van de Wiel deyib.
“Qitənin şərqində və cənubunda vəba epidemiyası ilə əlaqədar son dərəcə həyəcanverici vəziyyət yaranıb, biz yoluxma hallarının eksponensial artımını müşahidə edirik. Bu iki bölgənin 11 ölkəsində vəba aşkarlanıb, 1788 nəfər ölüb”, - deyə Like van de Wiel bildirib.
Onun sözlərinə görə, bu ölkələrə 150 milyon dollar ayırmaq lazımdır ki, səlahiyyətli orqanlar vəbanın yayılmasının qarşısını ala bilsinlər.