Rusiya BMT Təhlükəsizlik Şurasının Ukrayna mövzusunda iclasının keçirilməsini istəyir

A- A A+

Rusiya martın 14-də BMT Təhlükəsizlik Şurasının Ukrayna böhranının həllinə mane olan amil kimi rusofobiya ilə bağlı iclasının keçirilməsini istəyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

“...biz Ukrayna böhranının uzunmüddətli və davamlı həll yollarının axtarışına mane olan amil kimi martın 14-də BMT Təhlükəsizlik Şurasının rusofobiya ilə bağlı açıq iclasının keçirilməsini xahiş etdik”, – deyə diplomat öz teleqram kanalında yazıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: