“Numbeo” qlobal məlumat bazasının versiyasına görə, Böyük Britaniyanın Preston şəhəri Avropanın ən təhlükəli şəhəridir. Preston sakinlərini son üç ildə artan cinayətkarlıq səviyyəsi və gənclər arasında narkotik vasitələrdən istifadə hallarının çoxalması narahat edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropanın ən təhlükəli şəhərləri reytinqində ikinci və üçüncü yerlərdə müvafiq olaraq Böyük Britaniyanın Bredford və Fransanın Marsel şəhərləri qərarlaşıb.
156 şəhərin daxil olduğu siyahının ilk onluğunda, həmçinin Koventri (Böyük Britaniya), Kataniya (İtaliya), Şarlerua (Belçika), Birminhem (Böyük Britaniya), Nant (Fransa), Neapol (İtaliya) və Monpelye (Fransa) şəhərləri yer alıb.
Reytinqin sonuncu pilləsindəki Bern (İsveçrə) Avropanın ən təhlükəsiz şəhər statusunu qazanıb.