Fevral ayında Antarktidada dəniz buz sahəsi rekord dərəcədə azalıb

A- A A+

Fevralın sonunda Antarktidada dəniz buzu sahəsi 1,83 milyon kvadratkilometr təşkil edib. Bu, qışın son ayı üçün rekord aşağı göstəricidir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Meteorologiya Təşkilatının rəsmisi Kler Nullis bildirib.

"Antarktidada dəniz buzunun hündürlüyü fevral ayında (hava və iqlim müşahidələri üçün – red.) ən aşağı səviyyəyə çatıb”, – deyə o qeyd edib.

BMT-nin məlumatına görə, fevralın sonuna “dəniz buzu sahəsi 1,83 milyon kvadratkilometr təşkil edib ki, bu da 2022-ci ilin fevralında qeydə alınan rekord mövsümi minimumdan 93 min kvadratkilometr azdır”.

Arktikaya gəldikdə, fevral ayında dəniz buzu sahəsi bütün müşahidələr tarixində qış dövrünün sonunda qeydə alınan ikinci ən kiçik ərazi idi - 1,12 milyon kvadratkilometr.

Ümumdünya Meteorologiya Təşkilatı bildirib ki, “bunun təbii hava dəyişkənliyindən, və ya dəniz səviyyəsinin yüksəlməsindən baş verən yeni uzunmüddətli ərimə tendensiyası olduğu qənaətinə gəlmək hələ tezdir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: