Səudiyyə Ərəbistanının bir çox şəhərlərində, xüsusən də Məkkədə güclü yağış xəbərdarlığının verilməsindən sonra ölkədə distant təhsilə qərar verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin milli SPA agentliyi məlumat yayıb.
Bildirilir ki, bu qərar tələbələrin və təhsil işçilərinin təhlükəsizliyini təmin edilməsi üçün qəbul olunub.
Qeyd edək ki, yanvar ayında ölkədə güclü yağışlar nəticəsində 2 nəfər ölüb.