İran hakimiyyəti məktəblərdə zəhərlənmə ittihamı ilə yüzdən çox adamı həbs edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
İranın Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlardan bəziləri “fəsad ucbatından”, digərləri isə “əhalini və tələbələri dəhşətə gətirmək, məktəbləri bağlamaq və İrana qarşı skeptisizm yaratmaq məqsədilə” zərərsiz, xoşagəlməz iyli maddələrdən istifadə ediblər. Sonuncuların terror təşkilatları ilə əlaqəsi yoxlanılır.
Qeyd edək ki, əsasən qızlardan ibarət hər iki cinsdən olan 1 000-dən çox məktəbli zəhərlənib. Onların bəziləri xəstəxanada müalicə almalı olublar.