Fevral ayında Türkiyədə baş verən zəlzələlər nəticəsində azı 48 min insan həlak olub.
NUHÇIXAN İnformasiya Agentliyi TRT telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatay vilayətində çıxışı zamanı bildirib.
"Həlak olanların sayı 48 min nəfərdir, 115 mindən çox yaralı var. 50 min bina dağılıb. Belə irimiqyaslı fəlakətə bu qədər tez reaksiya verə biləcək ikinci ölkə yoxdur", - Ərdoğan deyib.