Türkiyənin Malatya bölgəsinin Pütürgə rayonunda yerli vaxtla saat 05:13-də 4,5 bal gücündə növbəti zəlzələ olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) tviter hesabında qeyd olunub. Zəlzələnin təxminən 8 kilometr dərinlikdə olduğu müəyyən edilib.
Daha əvvəl yerli vaxtla saat 04:34-də Malatya bölgəsinin Pütürgə 4,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ təxminən 10 kilometr dərinlikdə olub.