İranın keçmiş DİN başçısının həbsxana kamerasına hücum olub.
NUHÇIXAN İnformasiya Agentliyi “RadioFarda”ya istinadən xəbər verir ki, bunu İranın keçmiş daxili işlər naziri, məhbus, hazırda Tehranda Evin həbsxanasında saxlanılan Mustafa Taczadə İranın ali rəhbəri Seyid Əli Xameneiə müraciətində bildirib.
“Son bir ayda sizin (İranın ali rəhbəri ayətulla Seyid Əli Xameneinin nəzərdə tutur - red.) təyin etdiyiniz həbsxana müfəttişləri Evin zindanının 4 kamerasına hücum edir”, - o, vurğulayıb.
Məhbus, keçmiş nazir yazıb ki, həbsxana məmurları kameraya hücum etdikdən sonra məhkumların qeydlərinin də özləri ilə aparıblar:
“Dəfələrlə bildirmisiniz ki, opponentlərinizin sizi tənqid etmək hüququ var. Ancaq mən sizin fəaliyyətinizi iki məsələdə tənqid etdiyim üçün 15 il həbs cəzası almışam”.
Mustafa Taczadə hesab edib ki, İranın keçmiş Baş naziri, hazırda ev dustağı olan Mirhüseyn Musəvinin konstitusiyanın dəyişdirilməsi ilə bağlı azad və şəffaf referendumun keçirilməsi haqqında təklifini dəstəklədiyi üçün kamerasına hücum olub.
Xatırladaq ki, Mustafa Taczadə Məhəmməd Xatəminin prezidentliyi dövründə daxili işlər naziri olub. Bundan başqa o, Xatəmin müşavir və başqa vəzifələrdə işləyib. İranda yarımleqal fəaliyyəti göstərən, hakimiyyətə müxalifət sayılan İran Milli Cəbhəsinin üzvü olub.