Korsikalılar Fransanın yeni qanun layihəsini qəbul etmirlər

A- A A+

Korsikalılar Bastia inzibati məhkəməsinin ana dilindən istifadənin qadağan olunduğu qərarını qəbul etmir.

NUHÇIXAN İnformasiya Agentliyi “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, Korsika İcra şurasının sədri, “Korsika naminə” millətçi koalisiyasının liderlərindən biri Gilles Simeoni və Korsika Assambleyasının sədri Marie-Antoinette Maupertuis qəbul etdiyi birgə bəyanatda bildiriblər ki, bu vəziyyəti qəbul etmək ağlasığmazdır.

“Məhkəmənin bu qərarı və onun motivasiyası Korsika dilinin rəsmi statusunun (fransız dili ilə bərabər) təmin edilməsi üçün konstitusiyaya yenidən baxılmasına mütləq ehtiyac olduğunu təsdiqləyir. Bu, Korsika dilinin yaşaması və inkişafı üçün əvəzsiz şərtdir”, - bəyanatda vurğulanıb.

Korsikanın müstəqillik tərəfdarı olan “Core in Fronte” partiyası da tviter səhifəsində məhkəmənin qərarını pisləyib və bunu “rüsvayçı” adlandırıb. Daha əvvəl Korsika Millət Partiyasının lideri Jan-Kristof Ancelini tviterdə məhkəmənin qərarının Korsika üçün təhqir kimi səsləndiyini qeyd edib.

Xatırladaq ki, daha əvvəl BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen məhkəmənin bu qərarını pisləyib.

“Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair qərar ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır, çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur. Amma Korsika dili qadağandır”, - o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: