Amerika Birləşmiş Ştatlarından (ABŞ) Türkiyəyə silah ixracı kəskin azalıb. Bu, iki ölkə arasında münasibətlərin pisləşməsi və Türkiyənin hərbi-sənaye kompleksi ixracatının artması fonunda baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutunun (SIPRI) hesabatında deyilir.
SIPRI-nin məlumatına görə, ABŞ və Türkiyə arasında yaranmış gərginlik nəticəsində 2013-2017-ci illərdə Ankara tərəfindən Amerika silahının alışı əvvəlki 5 illik dövrlə müqayisədə əhəmiyyətli şəkildə aşağı düşüb. Türkiyə ABŞ silahı əldə edən ən iri ölkələr arasındakı 5-ci mövqeni itirərək 27-ci mövqeyə düşüb.
Buna baxmayaraq, bu dövr ərzində Türkiyə öz hərbi-sənaye kompleksinin ixracat potensialını əhəmiyyətli şəkildə artırmağa nail olub. Təqdim olunan məlumatlara əsasən, indi silah satışının həcmi üzrə 12-ci yeri tutan Türkiyə, müvafiq olaraq 13-cü və14-cü yerlərdə qərarlaşan İsveç və İsveçrəni geridə qoyur. Sözügedən dövrdə Türkiyənin silah ixracatı cəmi 69 faiz artıb.