Rusiyada həqiqi hərbi xidmətə çağırışla bağlı dəyişikliklər təklif olunur

A- A A+

Rusiyada həqiqi hərbi xidmətə çağırış yaşının aşağı həddi 21 yaşa, yuxarı həddi isə 30 yaşadək artırıla bilər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, martın 13-də Rusiya Dövlət Dumasına bu barədə qanun layihəsi daxil olub. Layihəyə əsasən, həqiqi hərbi xidmətə çağırış üçün yaş hədlərinin 2026-cı ilədək mərhələlərlə dəyişdirilməsi nəzərdə tutulur.

Qanun layihəsində 2024-cü ildə yuxarı həddin 30 yaşadək artırılması, aşağı həddin isə 2026-cı ilədək 21 yaşa çatdırılması təklif olunur.

Ötən ilin dekabrında müdafiə naziri Sergey Şoyqu tərəfindən irəli sürülmüş bu təklif Prezident Vladimir Putin tərəfindən dəstəkləmişdi. Hazırda Rusiyada həqiqi hərbi xidmətə 18-27 yaş arasında kişilər çağırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: