Rusiya Federasiyasının (RF) Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Omsk şöbəsinin əməkdaşları Ermənistandan gətirilən böyük miqdarda gerber güllərini məhv ediblər.
NUHÇIXAN Xidmətin internet saytına istinadla xəbər verir ki, oktyabrın 29-da Omsk vilayətində yük avtomobili ilə Ermənistandan gətirilən 900 ədəd gerber gülündə təhlükəli orqanizm – qərbi Kaliforniya gül tripsi (Frankliniella occidentalis Perg.) aşkar edilib. RF Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Omsk şöbəsinin keçirdiyi entomoloji ekspertizanın nəticələrinə dair arayış erməni sahibkara təqdim olunub və güllər yandırılaraq məhv edilib.