Çində maraqlı cəzalandırma metodu - VİDEO
Çində yolu qadağan olunmuş yerlərdən keçənlər üçün yeni cəzalandırma metodu tətbiq edilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kim bu mövzuda qaydanı pozursa, dərhal üz tanıma sistemi işə düşür. Şəxsin fotosu küçələrdə quraşdırılan ictimai qınaq monitorunda əks olunur.
Daha sonra sistem avtomatik həmin şəxsin bank kartından cərimənin məbləğini çıxır. Aparılan proses monitorda əks olunur.
Bütün bunlar isə həmin şəxsin xəbəri və icazəsi olmadan baş verir.