Rusiya taxıl müqaviləsinin müddətinin 60 gün uzadılmasına etiraz etmir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.
Nazir müavini BMT nümayəndələri ilə Cenevrədə aparılmış məsləhətləşmələrin yekunlarını şərh edib. O deyib ki, Rusiya müddəti martın 18-də bitən müqavilənin vaxtının daha 60 gün uzadılmasına etiraz etmir. S.Verşinin qeyd edib ki, ölkəsinin bundan sonrakı mövqeyi Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı sahəsində vəziyyətdən asılı olacaq.