"Türkiyədə zəlzələ nəticəsində 505 səhiyyə işçisi ölüb".
NUHÇIXAN İnformasiya Agentliyi “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca sosial şəbəkədəki səhifəsində yazıb.
O, martın 14-nün səhiyyə işçiləri üçün bayram günü deyil, yas olduğunu vurğulayıb: “Martın 14-ü yaralarımızı sarımaq, müalicə etmək günüdür”.
F.Koca təbii fəlakət nəticəsində 48 000-dən çox insanın öldüyünü də qeyd edib.