Rusiyanın Bryansk və Belqorod vilayətlərində partlayış baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, həmin vilayətlərin PUA hücumuna məruz qaldığı iddia edilir.
Məlumata görə, partlayışlar nəticəsində dağıntılar yaranıb.
Hadisələr zamanı itkilərin olub-olmaması ilə bağlı məlumat yoxdur.