Rusiyada xüsusi hərbi əməliyyatın iştirakçıları ilə bağlı qanun qəbul edilib

A- A A+

Rusiya Dövlət Duması Ukraynada xüsusi hərbi əməliyyatın bütün iştirakçılarına qarşı ayrı-seçkiliyə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hazırda Rusiya silahlı qüvvələrindən xaricdə istifadə olunmasına qarşı çıxan şəxslərin məsuliyyətə cəlb olunması nəzərdə tutulurdusa, indi bu məsuliyyət könüllü qruplara qarşı çıxanlara da aiddir.

Bundan əlavə, indiyədək Rusiya Silahlı Qüvvələri barədə feyk məlumatlar yayan şəxslər 15 ilədək azadlıqdan məhrum edilə bilərdilər. İndi bu maddə könüllü dəstələr barədə saxta məlumat yayan şəxslərə də şamil olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: