Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ-nin dronuna çırpılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ABŞ Avropa Komandanlığının mətbuat xidməti məlumat verib.
Məlumata görə, bu gün Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9” dronunun qarşısını almağa cəhd edib.
Səhər saatlarında “Su-27”lərdən biri “MQ-9 Reaper” dronuna çırpılıb. Toqquşmadan öncə Rusiya qırıcıları PUA-nın önündə “ağılsız manevrdə” uçublar.