Rusiya Müdafiə Nazirliyi Qara dəniz üzərində ABŞ pilotsuz uçuş aparatı (PUA) və qırıcı təyyarənin iştirakı ilə baş verən insidenti şərh edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, nazirlik martın 14-də səhər Rusiya Hərbi Kosmik Qüvvələrinin Krım yarımadası rayonunda sərhədi pozan “MQ-9” PUA-nı qeydə aldığını, PUA-nın qəfil manevr nəticəsində hündürlüyü itirərək suya düşdüyünü bildirib. Rusiya MN-in məlumatında RF qırıcı təyyarələrinin silah tətbiq etmədikləri, PUA ilə kontakta girmədikləri və aerodroma qayıtdıqları qeyd olunur.
Hadisə ilə əlaqədar Rusiyanın Vaşinqtondakı səfiri ABŞ Dövlət Departamentinə çağırılıb.