Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandla görüşüb.
NUHÇIXAN İnformasiya Agentliyi “TRT Haber”ə istinadən xəbər verir ki, təmaslar Türkiyə nümayəndəsinin ABŞ-nin paytaxtı Vaşinqtona səfəri çərçivəsində baş tutub.
Bildirilib ki, danışıqlar zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr, Türkiyədə baş verən zəlzələlər, müdafiə sənayesində əməkdaşlıq, enerji təhlükəsizliyi, terrorla mübarizə, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri, Rusiya-Ukrayna müharibəsi, Cənubi Qafqaz və Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.