Ermənistanda Daxili Qoşunlar ləğv olunur

A- A A+

Ermənistan Daxili İşlər Nazirliyində struktur dəyişiklikləri həyata keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi "Sputnik Armenia"ya istinadən xəbər verir ki, islahatlar barədə nazir Vahe Qazaryan danışıb.

O, parlamentdəki çıxışında bildirib ki, Daxili İşlər Nazirliyinin yekun struktur formalaşdırılmasından sonra Daxili Qoşunlar demilitarizasiya edilərək Mühafizə Polisi statusuna endiriləcək.

Nazirin sözlərinə görə, yeni struktura həm Dövlət Mühafizəsinin Baş İdarəsi, həm də yüksək vəzifəli şəxsləri müşayiət edən Yol Polisinin xüsusi bölməsi daxil ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: