Ermənistanın müdafiə naziri: "Şeytanla da əməkdaşlığa hazırıq”

A- A A+

“Biz şeytanla da əməkdaşlığa hazırıq”.

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Suren Papikyan parlamentdəki çıxışında deyib.

O bildirib ki, ordu üçün hər şey etməyə hazırdır: “Əsas odur ki, bunun ordumuza faydası olsun. Mövcud problemlərin həlli üçün mən hər şeyi etməyə hazıram”.

S.Papikyan həmçinin istefası ilə bağlı iddiaların əsassız olduğunu söyləyib: “Mən istefa verməyə hazırlaşmıram. Ordudakı islahatları başa çatdırmaq niyyətindəyəm”.

Nazir onu da qeyd edib ki, İrəvanın mərkəzindəki yeni tikilidən aldığı mənzili qaytarmağa hazırdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: