Şimali Koreya lideri: Pxenyan nüvə silahına eyni silahla cavab verəcək

A- A A+

Şimali Koreya lideri Kim Çen In “Hvason-17” qitələrarası ballistik raketinin buraxılışından sonra nüvə silahına nüvə silahı ilə cavab verəcəyini bildirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Koreya səsi" radiostansiyası məlumat yayıb.

Şimali Koreya lideri həmçinin vurğulayıb ki, hər hansı formada silahlı münaqişələrə və müharibəyə tam hazır olmaq üçün Strateji Silahlı Qüvvələrin çevik reaksiyaya hazırlığı ciddi şəkildə qorunmalıdır.

Qeyd edək ki, bundan əvvəl Şimali Koreya martın 16-da “Hvason-17” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirdiyini açıqlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: