Çin Xalq Respublikasının Sədri Si Cinpin martın 20-22-də Moskvaya səfər edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində iki ölkə arasında tərəfdaşlıq münasibətləri, eləcə də beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq, bir sıra sənədlər imzalanacaq.