Türkiyədə sel nəticəsində ölənlərin sayı 17-yə çatıb

A- A A+

Türkiyənin Adıyaman və Şanlıurfa şəhərlərində baş verən sel nəticəsində ölənlərin sayı 17-yə çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar Şanlıurfada jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 3 nəfər itkin düşüb.

Nazirin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin selin fəsadlarının aradan qaldırılması istiqamətində mübarizəsi davam edir: “Pessimizmə ehtiyac yoxdur, yaralar sağalacaq”.

Qeyd edək ki, martın 14-də Adıyaman və Şanlıurfa şəhərlərində sel olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: