Kiyevdə komendant saatının müddəti azaldılır

A- A A+

Kiyevdə martın 26-dan komendant saatının müddəti azaldılacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyası məlumat yayıb.

Administrasiyanın rəhbəri Sergey Popkonun sözlərinə görə, hazırda Kiyevdə komendant saatının müddətinin dəyişdirilməsi vaxtının və prosedurunun prosessual koordinasiyası davam edir.

İşçi versiyaya görə, komendant saatı böyük ehtimalla martın 26-dan başlayaraq saat 00:00-dan 05:00-dək davam edəcək.

Bununla bağlı qərar paytaxt Kiyevdə logistikanı yaxşılaşdırmaq, sənayenin, sahibkarlığın və bütövlükdə iqtisadiyyatın davamlı inkişafına kömək etmək məqsədilə razılaşdırılıb.

Qeyd edək ki, hazırda Kiyevdə komendant saatı 23:00-dan 05:00-dək qüvvədədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: