Fransa Milli Assambleyasındakı müxalifət qrupunun deputatları bu ölkə hökumətinə etimadsızlıq votumu irəli sürüblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “France Presse” məlumat yayıb.
Daha əvvəl məlumat verilmişdi ki, Fransa parlamentində solçu koalisiya olan “Yeni Xalq Ekoloji və Sosial İttifaqı” (NUPES) hökumətə etimadsızlıq səsverməsinin keçirilməsi təklifini dəstəkləyəcək.