Ermənistanın paytaxtı İrəvan şəhərinin meri Qraçi Sarkisyan vəzifəsindən istefa verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
O, martın 17-də İrəvan şəhər Ağsaqqallar Şurasının növbədənkənar iclası zamanı istefa ərizəsini təqdim edib.
Q.Sarkisyan iclasdakı çıxışı zamanı 2021-ci ilin sonunda çətin siyasi dövrdə vəzifəsinin icrasına başladığını xatırladıb. Onun istefasına səbəb olaraq hakim partiya ilə arasındakı ziddiyyət göstərilir.
Q.Sarkisyan 2021-ci il dekabrın 25-də vəzifəsinin icrasına başlayıb. Növbəti seçkiyədək mer vəzifəsini vitse-mer Tiqran Avinyan icra edəcək.