Əfqanıstanda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 161 min nəfərdən çox əhalisi olan Kunduz şəhərindən 99 kilometr şərqdə yerləşib.
İtki və tələfat barədə məlumat yoxdur.