Türkiyədə “Supercell” fırtınası baş verib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, zələzələdən sonra sel fəlakəti ilə də qarşı-qarşıya qalan Türkiyədə növbəti təbiət hadisəsi təşvişə səbəb olub.

Yeraltı təkanların episentrinə yaxın bölgədə yerləşən Qaziantep və Kilisdə müşahidə edilən ildırım və şimşək əhali arasında qorxu yaradıb.

Bundan əlavə, bölgədə yağan yağışın köpüklü olması da diqqət çəkib. Daha sonra isə əraziyə iri çapda dolu düşüb.

“Supercell” adlandırılan təbiət hadisəsi atmosferin üst qatlarında hava axımlarının tez-tez yön dəyişdirməsi ilə yaranır. Bu hadisə uyğun vəziyyətlərdə dünyanın hər yerində müşahidə oluna bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: