Belçika gələn həftədən etibarən Ukraynaya 230 ədəd müxtəlif növ hərbi maşın tədarük etməyə başlayacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə DPA agentliyi Belçikanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Tədarük partiyasına 150 hərbi yük avtomobili və 80 ədəd çoxməqsədli zirehli maşın daxildir. Krallığın Müdafiə Nazirliyi agentliyə bildirib ki, onların çatdırılması gələn həftə başlamalıdır.
Agentlik təhvil veriləcək avtomobillərin modellərinin adını açıqlamır. Qeyd olunur ki, hərbi nəqliyyat vasitələrinin Ukraynaya göndərilməsi ilə bağlı qərarı ölkə hökuməti yanvarın sonunda qəbul edib.
Belçika yanvar ayında Kiyevə 92 milyon avroluq hərbi yardım paketi ayıracağını açıqlamışdı.