Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin Moskvada danışıqlar zamanı Ukraynadakı münaqişəni müzakirə edəcəklər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.
"Əlbəttə, Ukraynadakı münaqişə müzakirə olunacaq... Biz bu məsələdə Çin rəhbərliyinin təmkinli, ölçülüb-biçilmiş mövqeyini yüksək qiymətləndiririk, Çinin nizamlanma planından xəbərdarıq", - deyə Uşakov əlavə edib.
“Mən əminəm ki, həm bizim liderimiz, həm də Çin lideri Ukraynadakı münaqişənin inkişafı kontekstində mövcud vəziyyətlə bağlı öz fikirlərini bölüşəcəklər. Bundan sonra hansı fikirlərin ortaya çıxacağını görəcəyik", - o deyib.
“Biz Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin fevralın 24-də verdiyi bəyanatı (12 bəndlik sülh təşəbbüsü) müsbət qiymətləndiririk, çinli dostların qiymətləndirmələrinin çoxu bizim hazırki vəziyyətə baxışımızla üst-üstə düşür”, - deyə o vurğulayıb.
Çin Xalq Respublikasının Sədri Si Cinpin martın 20-22-də Moskvaya səfər edəcək.